AZ

Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR

Birləşmiş Ştatlar Niger və Çaddan qoşunlarının əsas hissəsini çıxaracaq.

Publika.az "Associated Press"ə istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Rayder qoşunların çıxarılmasını təhlükəsizlik sahəsində əməkdaşlığın davam edən nəzərdən keçirilmənin bir hissəsi kimi müvəqqəti addım adlandırıb.

Qeyd edək ki, ABŞ-ın Nigerdə ​​1000, Çadda isə 100 əsgəri var.

Mətbuatın yazdığına görə, hər iki ölkə Rusiyanın təsiri altında öz ərazilərindəki amerikalı əsgərlərdən xilas olur.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla