AZ

Rusiyada atışma: yaralananlar var

Rusiyanın Primorsk diyarının Dalneqorsk şəhərində silahlı davada üç nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə diyarın prokurorluğu bildirib.

Qeyd olunub ki, üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb:

"Dalneqorsk şəhər prokurorluğu silahlı münaqişə ilə bağlı aparılan istintaqın gedişi və nəticələrinə nəzarətə qoyub. İlkin olaraq müəyyən edilib ki, 2024-cü il aprelin 26-da günorta saatlarında Dalneqorsk şəhərində "Ximik" mədəniyyət mərkəzinin yaxınlığındakı ərazidə iki avtomobil dayanıb, sərnişinləri maşınlardan düşərək atəş açıb, bundan sonra qaçıblar. Hadisə nəticəsində 3 nəfər güllə yarası ilə Dalneqorsk şəhər xəstəxanasına çatdırılıb".

Hüquq-mühafizə orqanları münaqişənin qalan iştirakçılarının yerini müəyyənləşdirir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
63
4
Mənbələr
Şərh ()
Bağla