AZ

Ancelina Coli sabiq əri Bred Pittin yeni qadınla evlənməsinə mane olur

Hollivud kinodivası Ancelina Coli keçmiş əri Bred Pittin yeni qadınla münasibətə başlaması xəbərini ağrılı qarşılayıb. Keçmiş ər-arvad boşanma prosesini hələ başa çatdırmayıblar. Aktrisa bunun qarşısını almaq üçün əlindən gələni edir.
Azpost.info HEAT WORLD-a istinadən bildirir ki, 2023-cü ildə ictimaiyyət məşhur aktyorun “Vampirlə dialoq” filminin ulduzu Pol Ueslinin keçmiş həyat yoldaşı İnes De Ramonla münasibətdə olduğunu öyrənib. Mənbələrin dediyinə görə, Coli bu xəbərdən çox üzülüb. Onların sözlərinə görə, o, De Ramonu Pittlə münasibətdə potensial təhlükələr barədə xəbərdar etmək istəyib.
“Bredin yeni münasibəti Coli  üçün ağrılı mövzudur. O, “kölgədə oturub” seyr etməkdənsə, vəziyyətə nəzarət etmək istəyir və İneslə təkbətək görüşmək niyyətindədir. Coli ona Breddən ayrılma hekayəsi ilə bağlı öz versiyasını danışmaq istəyir ki, İnes öz fikrini formalaşdıra bilsin”-deyə Colinin tanışı bildirib.
“Daily Mail” nəşrinə danışan mənbələrin sözünə görə, De Ramon ilə münasibət aktyorun ağır xasiyyətini dəyişdirib. Bred Coli ilə evliliyi zamanı yaranan xoşagəlməz adətlərinə qalib gəlmək üçün əlindən gələni etdi. İçki içmir və İnesdən aldığı məhəbbətə layiq bir insana çevrilib.
Pitt və Coli hələ də evlidirlər. Bred Pitt boşanma prosesinin mümkün qədər tez başa çatması üçün hər şeyi etməyə çalışır: “Bred bu məsələni həll etmək üçün hər şeydən çox istəyir. Əgər tamamilə ondan asılı olsaydı, çoxdan bitərdi. O, İnes ilə münasibətini davam etdirmək istəyir, amma bacarmır. Çünki hələ də övladlarının anası ilə texniki nikahdadır”, – mənbə HEAT WORLD-a əlavə edib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla