AZ

Məmurlara qəribə QADAĞA – Qırğızıstanda

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov tabeliyində olanlara banketlərə getməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, Japarov dövlət başçısının göstərişlərinə ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

“Bir yerdə tullantı görsəniz, ora getməyin! Küçələrdə gəzməyin!”, – deyə Qırğızıstan hökumətinin başçısı prezident administrasiyasının kollegiya iclasında bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevralında Qırğızıstan Prezidenti Sadır Japarov ənənəvi bayram tədbirləri zamanı məhdudiyyətlərin tətbiqi haqqında fərman imzalayıb.

Məqsəd vətəndaşların sosial-iqtisadi həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən dini mərasimlər, ayinlər və cəmiyyətdə mənəvi ab-havaya mənfi təsir göstərən digər tədbirlər zamanı israfçılığın qarşısının alınmasıdır.

Natiq Səlim,

KONKRET.az

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla