AZ

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Apardığımız hesablamalar nəticəsində məlum olub ki, cari ilin birinci rübündə Azərbaycana gətirilən çayın bir kiloqramının orta qiyməti 8.39 manat olub. Marketlərdə satışda olan çayın qiyməti isə bir kiloqram üçün minimum 20-25 manat civarındadır. İdxal olunan çay ilə satışda olan çayların qiymətləri arasında bu qədər fərq olmasının səbəbləri nədir?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, alış qiymətinin üzərinə gələn müəyyən xərclər satış qiymətinə təsir edir:

“Rüsumlar, əlavə dəyər vergisi, pərakəndə ticarət xərcləri, gətirənin mənfəəti və s. hamısı geridə qalan xərcləri təşkil edir. Bu məhsulu ixrac edən öz qiymətinə satmalı deyil, öz gəlirini də qoymalıdır. İlkin rəqəmlər ƏDV olmadan formalaşmış rəqəmlərdir. Bunun üzərinə ən azından ƏDV-nin hesablanması, logistika, anbar və s. xərclər gəlir. Orta qiymətin 8.39 manat olması o deməkdir deyil ki, bütün çaylar bu qiymətə alınır. Bu, ölkəyə gətirilən ucuz və bahalı çayların orta qiyməti olaraq hesablanır”.

Əvəz Həsənov

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla