AZ

İstanbul nəhəngi “Mançester Yunayted”in müdafiəçisini istəyir

Türkiyənin “Qalatasaray” klubu yay transfer dönəmində heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, İstanbul nəhəngi “Mançester Yunayted”də çıxış edən Viktor Lindelöflə maraqlanır.

“Sarı-qırmızılar” mövsüm bitdikdən sonra 29 yaşlı oyunçu üçün “qırmızı şeytanlar”la danışıqlara start verəcək.

Qeyd edək ki, “Mançester Yunayted” Viktor Lindelöfü 2017-ci ilin yayında “Benfika”dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə 1 illik müqaviləsi var.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla