AZ

Yalının Bakı konsertində yaşananlar: Fanatlarına sürprizi ... - VİDEO

Bu dəfə türkiyəli məşhur müğənni Yalın paytaxt Bakının qonağı olub.

BAKU.WS xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində sevənlərinə qarşısında çıxış edib.

O açılışı "Ah be kardeşim" adlı mahnısı ilə edib. Pərəstişkarları üçün populyar ifalarını səsləndirən müğənnini canlı orekstr müşayiət edib.

İfaçı səhnədə “Her şey sensin”, “Küçücüğüm”, “Yeniden”, “Tatlıyla balla”, “Benimki”, “Sesinde aşk var”, “Yaz gülü”, “Keyfi yolunda aşkı sonunda” kimi sevilən kompozisiyalarını səsləndirib.

Hit mahnıları ilə səhnəni coşduran Yalın demək olar ki, ifalarını musiqisevərlərlə birlikdə səsləndirib. İfaçı konserti zamanı pərəstişkarları ilə söhbət də edib. Müğənninin musiqili proqramında bir çox tanınmış blogerlər və aparıcılar yer alıblar. Onlar gecədən möhtəşəm görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar. 

Yalın Bakı konsertində sevənlərində sürpriz edərək yeni mahnısını da səsləndirib.

Yalını görmək üçün Bakı Konqres Mərkəzinə axın edən fanatları izdiham yaradıblar. Onlar musiqili proqramda iştirak edə bilmək üçün minimum 45, maksimum isə 500 AZN-dən keçiblər. Konsert bu gün də davam edəcək. 

Xatırladaq ki, Yalın ötən il də Bakının qonağı olmuşdu. O paytaxta 18 ildən sonra ilk dəfə təşrif buyurmuşdu. 

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla