AZ

“İnci Group of Companies” QSC qaydaları pozduğuna görə - MƏHKƏMƏYƏ VERİLDİ - CƏRİMƏLƏNİR

“İnci Group of Companies” QSC barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci  maddəsinə görə  mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.

Qeyd edək ki, şirkət daha öncə həmin məcəllənin 430.4-cü və 485.2-ci maddələri ilə məhkəməyə verilib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla