AZ

KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər

ABŞ aprelin 26-da Ukraynaya 6 milyard dollarlıq yeni yardım paketi elan edə bilər.

APA-nın məlumatına görə, bu barədə “Politico” nəşri xəbər yayıb.

Bildirilib ki, bu paket adı çəkilən ölkəyə ayrılan 61 milyard dolların hesabına maliyyələşdiriləcək.

Pentaqon rəhbəri Lloyd Ostinin gün ərzində açıqlayacağı layihə ABŞ-dəki müdafiə sənayesi müəssisələrinin istehsalı olan silah-sursat və hərbi texnikanın Ukraynaya göndərilməsini nəzərdə tutur.

Rəsmi Kiyev həmin paketdən faydalanmaq üçün bir neçə il gözləməlidir.

Yardım zərfinə raket və artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, taktiki döyüş avadanlıqları və yüksək dəqiqlikli silahların daxil olacağı açıqlanıb.

Seçilən
115
30
Mənbələr
Şərh ()
Bağla