AZ

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb.

Belə ki, məktəblilər ölkə seqmentində gündəm olan çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polatın saxlanılma səhnəsini canlandırıblar. Sözügedən mahnının fonunda rəqs edən məktəbli qızı 2 polis kostyumunda olan sinif yoldaşları tutaraq aparıb.

Görüntülər sosial media izləyicilərini qəzəbləndirib. Belə bir konseptin məktəbdə təşkil olunmasına razılıq verən direktor və bunu səhnələşdirən müəllimlər qınanılıb. Onlar məktəbin idarəetmə heyətinin buna necə icazə verdiyini sual ediblər.


BiG.Az
Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla