AZ

Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib 

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, konfransı giriş sözü ilə fakültə üzrə TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova açıb. O, konfrans iştirakçılarını salamlayaraq bildirib ki, fakültə TEC-in üzvləri ilboyu gördükləri işin hesabatını verəcəklər: “Tədbirimizə geniş şəkildə hazırlaşmışıq. Bu gün həm professor-müəllim heyətimiz, həm də tələbələr üçün əsl bayramdır. Konfransa təqdim edilmiş 43 elmi iş üzrə 20 qalibin seçilməsi nəzərdə tutulub. Təşkilatımız hər il qaliblərin qaliblərini seçir. Bu dəfə də belə olacaq. İldən-ilə iştirakçılarımızın sayı artır. Bu da universitet rəhbərliyinin tələbələrə elmi araşdırmalar, tədqiqat işləri aparmaq üçün yaratdığı əlverişli şəraitdən, diqqət və qayğısından irəli gəlir”. 

 

Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətliyə söz verilib. F.Mədətli qeyd edib ki, universitetin inkişaf strategiyasının əsas prioritetlərindən biri olan Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindəki nailiyyətləri həm də fakültənin nailiyyətləri hesab etmək olar. Bu istiqamətdə fakültədə hər il müxtəlif işlər görülür və bu prosesə maraqlı insanlar cəlb olunur. Tələbələr tədris ili başlayandan elmi rəhbərlərlə birgə işləyib, mövzuları seçib, kafedralarda müzakirə edib və s. təcrübi işlər görüblər. 

 

Dosent Fərəh Mədətli bildirib ki, TEC tələbələrin elmi fəaliyyətlərində, o cümlədən tədqiqat işləri aparmaq istiqamətində elmibacarıqlarını sınamaq üçün ilk platformadı. O, bu istiqamətdə tələbələrə uğurlar arzulayıb.

 

Fakültə TEC-in fəaliyyətini əks etdirən videoçarxnümayiş etdiriləndən sonra məruzələr dinlənilib. 

 

Sonda qaliblər seçilərək, diplomla mükafatlandırılıb.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla