AZ

Ukrayna “Abrams” tanklarını təmas xəttindən geri çəkib: Nə baş verir?

Ukrayna silahlı qüvvələri ABŞ-ın verdiyi “Abrams” tanklarını təmas xəttindən geri çəkib. Bu taktiki qərarın səbəblərindən biri, Rusiya pilotsuz təyyarələrinin bu avadanlığı tez aşkar edib məhv etmək qabiliyyətinin artması olub.

Editor.az bildirir ki, bu barədə “Associated Press” (AP) xəbər verib. 25 yanvar 2023-cü ildə prezident Co Bayden ABŞ-ın bu tanklara xidmət etmək üçün Ukrayna silahlı qüvvələrinə 31 “M1 Abrams tankı” və 8 M88 zirehli bərpa maşını göndərəcəyini bildirdi.

Lakin o vaxtdan bəri təmas xəttində vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, xüsusən də Rusiya ordusunun pilotsuz təyyarələrdən geniş istifadə etməsi məsələsində, – AP yazır. Agentliyin məlumatına görə, Rusiyanın hücumları nəticəsində Ukrayna təqdim etdiyi 31 “Abrams” tankından 5-ni itirib.

Amerika rəsmisinin sözlərinə görə, Ukrayna qoşunlarının Avdiivkadan çıxarılması zamanı bir neçə tank itirilib. “Abrams”ın təmas xəttindən geri çəkilməsini Amerika Birləşmiş Ştatları Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Qredi də təsdiqləyib. O, ABŞ-ın Ukrayna tərəfi ilə birlikdə taktikanı dəyişdirmək üçün çalışacağını göstərib: “Biz ukraynalı tərəfdaşlarımız və digər müttəfiqlərimizlə işləyəcəyik ki, onlardan (Abrams tankları) indi dəyişmiş, hər şeyin bir baxışda göründüyü mühitdə necə istifadə edə biləcəyimizi düşünəcəyik”, – Qreydi AP ilə söhbətində deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla