AZ

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Bakı. Trend:

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmişvə valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinəyenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təklifləraidiyyəti üzrə göndərilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilikşöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasətkomitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həssas təbəqədən olan şəxslərin təhsilhaqlarından azad edilməsi ilə bağlı yaş həddinin dəyişdirilməsihələ müzakirə mövzusu deyil: "Gələcəkdə bu məsələyə qanunvericiliksəviyyəsində baxıla bilər".

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isəbildirib ki, valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23yaşından sonra universitetə qəbul olur. Bəs onun onun təhsilhaqqını kim ödəyəcək?

"Halbuki o dövlətin uşağıdır, deməli bundan sonra da təhsilhaqqını dövlət ödəyəcək. Əslində belə uşaqların sayı elə də çoxdeyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinəyenidən baxılması məsələsinə gəlincə, bu, müvafiq qurumlarlamüzakirə olunur, danışıqlar gedir".

Seçilən
69
15
Mənbələr
Şərh ()
Bağla