AZ

"Qarabağ"lı müdafiəçi: "Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin"

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunu (ilk matç 4:0) haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi deyib:

“Rəqiblər arasında fərq qoymuruq. Bütün rəqiblərə qarşı eyni cür hazırlaşırıq.

Ola bilsin ki, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə motivasiya daha yüksək olur".

T.Bayramov ilk oyunda böyükhesablı qələbə qazanmalarına baxmayaraq, “Neftçi”dən müqavimət gözlədiklərini bildirib:

“Niyə də gözləməyək? Bu, futboldur. Məsələn, kubok matçında səfərdə "Sabah"ı 7:1 məğlub etdik, amma evdə 4 top buraxıb məğlub olduq.

Hər oyuna daha yaxşı hazırlaşmaq lazımdır. Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin.

Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o da udur ”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla