AZ

Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Müdafiə Nazirliyi

Bakı. Trend:

10 noyabr 2020-ci il tarixli bəyanata əsasən AzərbaycanRespublikası Qarabağ İqtisadi Rayonunda müvəqqəti yerləşdirilmişRusiya Federasiyasının Sülhməramlı Kontingentin də ölkə ərazisindəntam çıxarılması prosesinə başlanılıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi,general-polkovnik Kərim Vəliyev bu münasibətlə Azərbaycan MüdafiəNazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə MonitorinqMərkəzinin bağlanış mərasimində deyib.

Qərargah rəisi, regionda sülhün və sabitliyin rifahı naminəvicdanlı və cəsarətli xidmətlərinə görə Türkiyə və Rusiya hərbiqulluqçularına təşəkkür edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyasıarasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəsrejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınmasıməqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərindəTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsindəAzərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununlaəlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağbölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə dəehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya BirgəMonitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə TürkiyəMilli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla