AZ

Dostu ilə mübahisə edən şəxs ona 11 güllə vurdu

Balaşixada ziyafət zamanı dostunu amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə şöbəsi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 25-də Kuçino mikrorayonunda bir neçə dostun toplaşdığı mənzildə törədilib. İçki içdikdən sonra onların arasında mübahisə yaranıb. İki dost arasında münaqişə silahla nəticələnib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, zərərçəkən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Bildirilir ki, hadisə yerində müstəntiqlər tərəfindən 18 ədəd 10x28 çaplı patron aşkar edilib və üzərində fərqli izləri olan silah ekspertizaya göndərilib. Şübhəli saxlanılıb, qətlin motivi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə



Seçilən
40
Mənbələr
Şərh ()
Bağla