AZ

Marsın “qəribə canlılar”ı: İlk dəfə üzə çıxdılar - Foto

Yaz Günəşinin Marsın səthində yaratdığı istilik nəticəsində ortaya çıxan yüzlərlə hörümçəyə bənzər maddələr görüntülənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Kosmos Agentliyi (ESA) məlumat yayıb.

Məlumata görə, yaz aylarında temperaturun artmasının səbəb olduğu hadisə Marsın səthində yüzlərlə hörümçəyə bənzər maddələr qrupunun görünməsinə səbəb olub.

Yüksək təzyiq altında səthə fışqıran və yayılan maddələrin formaları hörümçəyə bənzədilib.

“Hörümçəklər”in Günəş şüalarının Marsın səthindəki karbon qazlı buzları əridib qaza çevirməsi nəticəsində əmələ gəldiyi və müxtəlif tünd rəngli maddələrin bu qazla birlikdə üzə çıxdığı açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla