AZ

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Bakı, 26 aprel, AZƏRTAC

2050-ci ildə biz qida sistemimizi düşünsək, sağlam və qidalandırıcı qida sisteminə malik olmaq və sosial cəhətdən geridə kimisə qoymadan uzun illər yaşamağa imkan verən sistem istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universiteti Kənd təsərrüfatı və qida fakültəsinin dekanı Matteo Vittuari aprelin 26-da keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində “Qida təhlükəsizliyi” simpoziumunda çıxışı zamanı söyləyib.

M.Vittuari bildirib ki, bu sahədə gələcək nəsillər üçün bilik, texnologiya və innovasiya mövqeyindən ilhamlanmış, vətəndaşlar, profesionallar, təşəbbüskarlar və dövlət xidməti əməkdaşları yetişdirmək istəyirik: “Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq. Qida sistemi yanaşmanı qəbul etmək o deməkdir ki, müxtəlif gözləntilər arasında sinerji və mübadilələrin olduğu reallığını qəbul etməklə başlamaq lazımdır”.

“Qida təhlükəsizliyi, bəslənmə, keçim mənbələri və ətraf mühafizə kimi qida sistemi üçün müxtəlif gözləntilər arasında əlaqələr və bərabərliklər olduğunu izah edir. Bu yanaşma daha geniş məqsədlərə və daha geniş siyasət vasitələrinə diqqət yetirir, əgər siyasət məsələlərini də düşünmək istəyiriksə, bir nümunə kimi, istehlak modullarında dəyişikliklərin istifadəsi, yalnız bəslənmə nəticələrini yaxşılaşdırmaq üçün deyil, həmçinin ətraf mühafizəni də dəstəkləyən vasitə kimi görülə bilər”, - deyə dekan əlavə edib.

 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla