AZ

Türkiyəli general: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsin qorunması prinsipini problemsiz davam etdirib

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan və Ermənistan tərəfləri arasında atəşkəsi təmin etmək və qorumaq məqsədilə 4 hektarlıq ərazidə 65 xidmət sahəsinin olduğu bir kompleks olaraq fəaliyyət göstərib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-leytenant Levent Ergün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib.

“Birgə Monitorinq Mərkəzinin üzvləri bu müddət ərzində çətin şərait daxilində yaxşı niyyət və qarşılıqlı hörmət prinsipini qoruyaraq fəaliyyət göstəriblər, Azərbaycanın ərazi bütövlüyünün təmin edilənə qədər atəşkəsin qorunması prinsipini problemsiz şəkildə davam etdiriblər. Beləliklə, iki ölkənin sülh və barış naminə qərarlılığı yüksək qiymətləndirilməklə dünya ictimaiyyəti tərəfindən yaxından izlənilib. Türkiyə və Rusiya hərbçilərinin ortaq olaraq fəaliyyət göstərdiyi 3 il 3 ay ərzində birlikdə etdiyimiz bayramlar, mədəni-ictimai qarşılıqlı münasibətlər, dil kursları iki ölkənin qarşılıqlı xoş bağlarını daha da gücləndirib. Bu mənada, Birgə Monitorinq Mərkəzində xidmət edən rəhbər heyət başda olmaqla bütün Rusiya Federasiyası əsgərlərinə təşəkkürlərimi ifadə edirəm. Ayrıca Birgə Monitorinq Mərkəzinin xidməti boyunca bizə bütün mövzularda köməyini əsirgəməyən dost və qardaş Azərbaycan Ordusunun rəhbər heyətinə və əsgərlərinə şükranlarımı bildirirəm", - general qeyd edib.

Nihat Pir

Aytən Sakitqızı

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla