AZ

"Qarabağ"la oyunda anşlaq olacaq

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXXII turunda "Qarabağ"ı qəbul edəcək.

"FutbolPress" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə bilet satışı davam edir. Matça Sumqayıt sakinlərinin böyük marağı var.

Belə ki, oyuna iki gün vaxt qalsa da, artıq 3000-ə yaxın bilet satılıb. Bu sayın daha da artacağı istisna edilmir.

"Sumqayıt"ın bu arenanın açılışında "Neftçi" ilə görüşünü (2:1) 8100 tamaşaçı izləyib.

Aprelin 28-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyununa saat 20:00-da start veriləcək.
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla