AZ

Ukraynaya qarşı savaş Kremldəki kabinetlərə keçir - Politoloq

Ukraynaya

"Ukraynaya qarşı başladılan işğalçı savaş Rusiyanın daxilinə keçir. Özü də təkcə Belqorod və Kurskın küçələrinə yox, həm də Kreml kabinetlərinə. Müdafiə nazirinin müavini Timur İvanovun Federal Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya ittihamı ilə həbsi Yeltsin klanının təmsilçisi olan Serqey Şoyqunun baş bazir postuna iddiasını bitirə bilər".

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə politoloq Ərəstun Oruclu çıxış edib.

Onun sözlərinə görə, qarşı tərəfin - Təhlükəsizlik Şurası və Federal Təhlükəsizlik Xidmətinin Rusiyanın baş naziri postuna öz nümayəndəsini gətirmək şansları artacaq.

Ə. Oruclunun ehtimalına görə, kollektiv mövqedən çıxış edən Təhlükəsizlik Şurası-Federal Təhlükəsizlik Xidməti-Xarici Kəşfiyyat Xidməti “koalisiyası” yəqin ki, baş nazir öz namizədini irəli sürəcək.

Politoloq əlavə edib ki, bir çoxları həmin posta Nikolay Patruşevin nazir oğlunun namizəd olacağını bildirir:

“Amma kimin namizəd olacağı (Nikolay Patruşevin özü də daxil) elə də önəmli deyil, çünki post-Putin Rusiyası hər bir halda ya xüsusi xidmət orqanları, ya da ordu tərəfindən idarə olunacaq. İvanovun həbsindən sonra ikincilərin şansları xeyli azalsa da, ordu elə ordudur və onun əlində hərbi güc kimi çox ciddi bir "arqument" var. Görünür, elə bu səbəbdən Kadırovun "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Aluddinovu Müdafiə Nazirliyində yüksək siyasi vəzifəyə gətiriblər. Rusiyanın bəzi ekspertləri onun gələcəkdə Kadırovun davamçısı kimi həmin vəzifəyə gətirildiyini iddia etsə də, əslində sxem başqa cür də ola bilər”.


Ə. Oruclu

Ə. Oruclu bildirib ki, qiyamçı "Vaqner”in qalıqlarının xeyli hissəsi "Axmat”ın tərkibinə daxil edildikdən sonra indi növbəti addım "Axmat" dəstəsinin özünün hər hansı şəkildə Rusiya Müdafiə Nazirliyinə inteqrasiyası ola bilər: “Bu baş verərsə, nəticədə Alauddinov Müdafiə Nazirliyinin daxilində öz hərbi gücü ilə birlikdə təmsil olunacaq. Bununla da iki məsələ bir addımla həll edilmiş olur.

Birincisi, potensial qiyam mənbəyi olan Çeçenistan (xüsusilə də Kadırovun səhhətində problemlər olduğu deyildiyi dönəmdə) faktiki müstəqil hərbiləşdirilmiş gücdən məhrum edilir.

İkincisi, "Axmat" siyasi opponent olan Müdafiə Nazirliyinin generallarına qarşı qoyulur".

Oruclu qeyd edib ki, Rusiya ordusunu kiçiltmək yanlış olardı: "Hər bir halda bir təyinat və bir həbslə Rusiya daxili çəkişmələrin açıq mərhələsinə qədəm qoydu. İndi hər şey hansı tərəfin daha qətiyyətli addım atacağından asılı olacaq. Mahiyyət etibarilə isə heç nə dəyişməyəcək, çünki Rusiya yalnız formaca dəyişə bilər".

E. KAMAL
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla