AZ

Baksol yolunu "protiv" gedərək axına qarşı hərəkət edən sürücünü DYP CƏRİMƏLƏDİ - VİDEO - YENİLƏNİB

Məsələ ilə bağlı Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, Binəqədi rayonunda Baksol kimi tanınan ərazidə əks istiqamətə çıxaraq, axına qarşı hərəkət edən 99-NJ-112 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

***

25 aprel

10:00

Bakıda qaydaları pozan sürücü digər hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Baksol yolunda baş verib. Belə ki, 99-NJ-112 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü tıxacda qalmamaq üçün əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərin sürücülərinə təhlükəli anlar yaşadıb.

 

Fərid

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla