AZ

AB 3 ölkə üçün viza qaydalarını yumşaldır

Avropa Komissiyası Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yumşaltmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, üç ölkə vətəndaşlarının AB ölkələrinə daha asan daxil olmasını təmin edəcək yeni qaydalar çərçivəsində Şengenə ilk dəfə müraciət edənlər də daxil olmaqla, müraciətləri qəbul edilənlərə 5 il müddətinə giriş hüququ veriləcək.

Aİ-nin Səudiyyə Ərəbistanındakı səfiri Kristof Farnaud bildirib ki, yeni tətbiq Aİ ilə Körfəz ölkələri arasında əlaqələri gücləndirəcək. Viza müddətlərinin uzadıldığını qeyd edən Farnaud viza rejiminin dəyişdirilməsinin strateji əlaqələrin göstəricisi olduğunu bildirib.

Qərar Aİ-nin Körfəz ərəb ölkələrindən daha çox investisiya almaq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Natiq Səlim,

KONKRET.az

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla