AZ

İqlim dəyişikliklərilə mübarizədə yeni yanaşmaya ehtiyac var -Olaf Şolts

İqlim dəyişikliklərilə mübarizədə yeni yanaşmaya ehtiyac var.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarına kimi yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:

"Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidir".

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla