AZ

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında da “Neftçi”yə 4 qol vurdunuz. Oyunla bağlı düşüncələrin necədir?

– Biz çox yaxşı oyun göstərdik. Qol epizodları yaratdıq və onlardan istifadə etdik. Kubokun finalında oynayacağımız üçün sevinirik.

– Ölkə derbisində əzəli rəqibə 2 oyuna 8 qol vurmağı necə şərh edərsən?

– Biz hər oyuna eyni cür hazırlaşırıq, eyni cür məşq edirik. İstənilən zaman meydana çıxdığımızda bacardığımız qədər qol vurmaq istəyirik. Bu, təkcə “Neftçi”yə aid deyil. Bütün rəqiblərə qarşı eynidir.

– Finalda rəqib “Zirə” olacaq, amma hər kəs sizi şanslı görür.

– Onlara qarşı oynamaq çətin olacaq. Çünki rəqib formada olan çətin komandadır. Xatırlayırsınızsa, iki il öncə bu komandaya qarşı final oynamışdıq. Çox çətin matç keçmişdi. Əlbəttə, maraqlı və çətin olacaq, amma ikinci titulu da əldə etmək niyyətindəyik.

– Sizin üçün bundan sonra sadəcə bir önəmli oyun qaldı, o da Azərbaycan Kubokunun finalı. Bundan sonrakı matçları hansı motivasiya ilə keçirəcəksiz və ya matçlara finala hazırlıq kimi baxacaqsız?

– Matçlarda meydana motivasiyasız çıxacağımızı düşünmürəm. Bizim işimiz hər oyuna çıxıb gücümüzü ortaya qoymaqdır. Yenə də ciddi hazırlaşacağıq.

– Hər kəs düşünür ki, finalda “Zirə”nin heç şansı yoxdur…

– Bununla razılaşmıram. Final sadəcə bir oyundan ibarətdir və orada hər şey baş verə bilər. “Zirə” güclü komandadır, heyətində çox yaxşı oyunçular var. Həmçinin onlar da titul qazanmaq istəyirlər. Yəni, deyilənlərlə razılaşa bilmərəm.

– “Sumqayıt”la qarşıdakı matç barədə düşüncələrin nədir?

– Hər oyunda qələbə qazanmaq istəyirik. Çünki bu, bizim üçün önəmlidir. “Sumqayıt” avrokuboklar üçün mübarizə aparır, “döyüşür”. Ümid edirəm ki, orada dolu stadion olacaq, maraqlı qarşılaşma keçəcək.

FƏRİD

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla