AZ

Almaniya Kansleri: Bakıda keçiriləcək COP29-un uğurlu olacağını demək olar - YENİLƏNİB

Dubayda keçirilmiş COP28-ə Berlində baş tutan tədbirindən baxarkən demək olar ki, Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib:

"Yaşıl enerji ilə bağlı uzunmüddətli strategiyalar tətbiq olunur. Biz gələcəyin fürsətlərindən istifadə edərək, məhz bu istiqamətdə işlərimizi görürük".

12:03

İqlim dəyişikliklərilə mübarizədə yeni yanaşmaya ehtiyac var.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarına kimi yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:

"Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidir".

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla