AZ

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Bakı, 26 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Riyaziyyat və Mexanika İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu və 2024-cü il üzrə Birgə Fəaliyyət Planı uğurla icra olunur.

MDU-dan AZƏRTAC-a bildirilib ki, institutun baş direktoru, professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub.

Professor Misir Mərdanov, professor Ədalət Axundov və dosent Əbdürrəhim Quliyev MDU-da ustad dərsləri keçiblər. Ustad dərslərində MDU-nun Riyaziyyat kafedrasının əməkdaşları, “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbə və magistrantlar, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində Riyaziyyat fənnini tədris edən bir qrup müəllim iştirak edib.

Sonda iştirakçılara Riyaziyyat və Mexanika İnstitutu adından kitablar hədiyyə olunub.

Səfər müddətində Birgə Fəaliyyət Planının müvafiq bəndləri üzrə reallaşdırılacaq növbəti fəaliyyətlər razılaşdırılıb.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla