AZ

“Gürcüstandakı aksiyanın qanun layihəsinin geri çağırılmasına səbəb olacağına inandırıcı yanaşmıram” - Siyasi ekspert

Gürcüstan müxalifəti aprelin 28-də saat 19:00-da Respublika meydanında izdihamlı mitinqin keçiriləcəyini elan edib. Aksiyada 126 ictimai təşkilat və media qurumunun iştirakı nəzərdə tutulub. Bununla bağlı müxalifət partiyalarının birgə bəyanatında məlumat verilib. Çağırış bəyanatında deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov Herbiand.az-a bildirib ki,  Gürcüstan hakimiyyətinin qəbul etdiyi qanun layihəsinin müxalifət tərəfindən boykot edilməsi və yaxud qəbul edilən qanundan imtina edilməsi məsələsinin gündəmə gəlməsi təbii ki, Qərb ölkələri tərəfindən məqsədyönlü şəkildə atılan bir addım kimi dəyərləndirilə bilər:

“Gürcüstan hökuməti nə tələb edir? Deyir ki, təşkilatlara ayrılan vəsaitlərin nə məqsədlə, hansı istiqamətlərdə xərclənməsi tam şəffaf şəkildə həyata keçirilsin və qanuni şəkilə salınsın. Təşkilatlar daha çox ölkə daxilindən maliyyələşsin. Əslində, bunu nəzərdə tutur. Keçirilməli  olan aksiyanın məqsədi odur ki, biz nə ediriksə edək, siz ona qarışmayın kimi bir nəticə ortaya qoymaqdır. Əslində bu, Gürcüstanın mövcud hakimiyyətinin tələbinə qarşı çıxmaqdır. Amma düşünürəm ki, hər nə olursa olsun baş verə biləcək aksiyanın qanun layihəsinin geri oxunması üçün şəraitin yaradılmasına inandırıcı yanaşmıram. Çünki Gürcüstan hökuməti artıq bu məsələ ilə bağlı ciddi addımlar atır. Yəqin ki, aksiya dayandırılacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla