AZ

Çin NATO-nun ittihamlarını rədd etdi

NATO-nun baş katibi Yens Stoltenberqin Çinin hərbi sahədə istifadə olunan texnologiya və avadanlıqları Rusiyaya ötürməsi ilə bağlı bəyanatı həqiqətə uyğun deyil.

Yenisabah.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

O bu cür bəyanatların əsassız olduğunu və gərginliyi artırmaq məqsədi daşıdığını bildirib.

“Çin Ukrayna böhranında iştirak edən tərəf deyil, o, sülh və dialoqa sadiqdir”, - deyə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Van Venbin əlavə edib ki, Pekin müharibə edən tərəflərə silah vermir və ikili təyinatlı malların, xüsusən də mülki dronların ixracına ciddi nəzarət edir.

Bundan əvvəl NATO-nun baş katibi Berlinə səfəri zamanı bildirmişdi ki, Çin Rusiyaya hərbi-sənaye kompleksinin inkişafına kömək edir, xüsusən də ikili təyinatlı məhsullar tədarük edir.


Telegram kanalımız
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla