AZ

“Ermənistanın qarşısına şərt qoyulub ki...” - Politoloq

“Ermənistanın qarşısına şərt qoyulub ki, bu və ya digər formada Azərbaycana məxsus əraziləri qaytarsın. Paşinyan hökuməti artıq Qazaxın kəndlərini qaytarmağa başlayıb. Ermənistanda kənar güclər tərəfindən qızışdırılan insanlar isə buna etiraz edir, təxribatlara cəhd edirlər".




Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Ermənistandakı aksiyaların arxasında xarici ölkələrin dayandığını bildirib:

“Paşinyan hökuməti bilir ki, əraziləri qaytarmasa, gələcəkdə daha böyük müharibə riski yarana bilər. Bu problemi aradan qaldırmağın ən optimal yolu da həmin ərazilərin geri qaytarılmasıdır. Aksiyalarda iştirak edənlər isə kənar güclərin təsiri altındadır. Düşünmürəm ki, Paşinyan bu aksiyalara görə qərarından geri çəkilər. O başa düşür ki, mövcud reallıq Azərbaycanın şərtlərini yerinə yetirməyi tələb edir. Çünki Ermənistanda 2-3 min insanı sakitləşdirmək daha rahatdır, nəinki yeni müharibə riskinin qarşısını almaq. Bu baxımdan düşünürəm ki, vətəndaş itaətsizliyi aksiyaları da Ermənistan hökuməti tərəfindən yoluna qoyulacaq”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla