AZ

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Bakı. Trend:

25 apreldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaElektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin“Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihəninregionlardakı əməkdaşları üçün onlayn maarifləndirmə təlimikeçirilib.

Trend xəbər verir ki,ümumilikdə 70 nəfərin iştirak etdiyi təlimdə ETX-nin əməkdaşlarıtərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdiməlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadanistifadə qaydaları” mövzularına dair təqdimat nümayiş olunub.Təqdimatda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndiriciməlumatlar verilib.

Maarifləndirmə təliminin keçirilməsində məqsəd “Məktəblinindostu” layihəsinin əməkdaşlarını kibertəhlükəsizlik sahəsindəmaarifləndirmək, kibergigiyena qaydaları və onlayn mühitdətəhlükəsizlik qaydaları haqqında məlumatlandırmaqla, həminəməkdaşların bu məlumatları regiondakı məktəblilərə çatdırmasınıtəmin etməkdir.

Seçilən
137
5
Mənbələr
Şərh ()
Bağla