AZ

Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübləi bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
45
13
Mənbələr
Şərh ()
Bağla