AZ

“Real”ın transfer hədəfi

“Real”ın yay transfer hədəfi bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya klubu üçün ən prioritet keçid mərkəz müdafiəçisinin alınmasıdır.

“Kral klubu”nu təcili addım atmağa vadar edən səbəblər var. Naço Fernandesin yayda komandadan gedəcək, David Alabanın ağır zədədən dönəcək.

Klub rəhbərliyi bu mövqeyə alacağı futbolçunu da müəyyənləşdirib. “Lill”in 18 yaşlı müdafiəçisi Leni Yoro “Real”ın transfer siyahısında ön sıradadır. Digər klubların da hədəfində olan arxa xətt oyunçusunun müqaviləsi 2025-ci ilin yayında bitəcək. Bu üzdən onun fransalılar tərəfindən satılması istisna deyil.

Qeyd edək ki, Yoro cari mövsüm Liqa1-də iki qola da imza atıb.

İdman.biz

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla