Tacikistan vətəndaşları Rusiyaya buraxılmır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyində Rusiya Federasiyasının bu ölkədəki səfiri Semyon Qriqoryevlə görüş keçirilib.
Tacikistan XİN-də son bir neçə həftə ərzində Rusiya Federasiyasının dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinliklər müzakirə edilib və Rusiyaya girişlə bağlı geniş yayılmış əsassız imtina halları səfirin diqqətinə çatdırılıb.