AZ

"ABŞ Ukraynadakı münaqişəni qəsdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib və “Ukraynada qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq” deyib. 

News24.az xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib.

ŞƏT-in genişlənməyə davam etdiyinə diqqət çəkən Şoyqu İranın ŞƏT-ə üzv olduğunu və Belarusun ən qısa zamanda üzv olmasını gözlədiklərini bildirib.

Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımlar atılmalıdır.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinə toxunan Şoyqu ABŞ-ın Ukrayna ilə bağlı addımları ilə bağlı bunları deyib:

"ABŞ əvvəlcə Ukrayna problemini yaratdı, indi isə qəsdən münaqişəni uzadır. Rusiya Silahlı Qüvvələri (Ukraynada) xüsusi hərbi əməliyyatı effektiv şəkildə davam etdirir. Bütün məqsədlərə nail olunacaq” dedi.

Günel Məlikzadə


Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla