AZ

Tuhel üçün 10 min imza

“Bayern” azarkeşləri klub rəhbərliyinə özünəməxsus şəkildə etiraz edib. Onlar imza toplayaraq xüsusi tələbini çatdırıb.

Futbolinfo.az xəbər verir ki, 10 min nəfərin imza atdığı müraciətdə Tomas Tuhelin baş məşqçi postunda saxlanılması istənilir. Bunun səbəbi yayda istefaya gedəcəyi açıqlanan çalışdırıcıya xələf axtarışında izlənilən mənzərədir. Belə ki, münhenlilərin danışıq apardığı mütəxəssislərin siyahısı fanatların ürəyincə deyil. Xüsusilə Ralf Ranqnikin təyinatını bəyənməyən azarkeşlər, ondansa Tuhelin postunda qalmağını istəyir.

“Bayern” Bundesliqada çempionluğu əldən verib, əvəzində Çempionlar Liqasında yarımfinala vəsiqə qazanılıb. Azarkeşlər daxili çempionatdakı uğursuzluğa görə Tuheldən narazıdır. Lakin onlar Tomasın yeni namizədlərdən daha yaxşı olduğunu düşünür.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla