AZ

Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar

Avtomobil

Məhşur italyan avtomobil şirkəti avtohəvəskarların qarşısına daha bir yeniliklə çıxıb. Yeni istehsal edilən "Lamborghini Urus SE"-nin təqdimatı zamanı bu hibrid avtomobil barədə geniş məlumat verilib.

Reyting.az
xəbər verir ki, "Lamborghini Urus SE"-nin mühərriki 789 at gücündədir. Bu yeni model tamamilə elektriklə idarəetməyəkeçsə də, müəyyən istisnalar da var. Yəni müştərilərin istəyi nəzərə alınaraq, eyni modeldən olan bəzi maşınlara hələ ki, elektrik idarəetmə şamil olunmayıb.

"Lamborghini Urus SE"-in mühərriki səkkiz pilləli avtomatik transmissiyanın karterinə inteqrasiya edilib. Belə sürətli maşın üçün isə bu o deməkdir ki, elektrik mühərrikinin, həmçinin, daxiliyanma mühərrikinin gücünü toplasanız, olduqca gözəl bir rəqəm əldə edilir -189 + 612789 at gücünə bərabərlik.

"Urus S" modeli ilə müqayisədə yeni "SE" 100 km/saat sürəti saniyənin düz onda biri qədər, yəni daha da çox sürətli - 3,4 saniyəyə yığır.

"Lamborghini Urus SE" yeni model hibrid avtomobilin maksimal sürəti 312 km/saatdır ki, bu da normal hesab olunur.

Digər vacib göstəricilərə, xüsusilə qeyd olunan və önə çəkilən rəqəmlərə həm də 25.7-də daxildir ki, bunun mənası maşın üçün litium-ion batareyasının kVt-saat tutumudur. Bu isə o deməkdir ki, sözügedən maşındakı elektrik enerjisi 60 kilometrlik yol getmək üçün kifayətdir.

Mütəxəssislər bildirirlər, yeni model "Lamborgini Urus SE" EV rejimində olan 130 km/saata qədər fırlana bilir, bundan sonra daxiliyanma mühərriki avtomatik işə düşür.

Yeri gəlmişkən, avtomobilin görünüşünü də dəyişib. Meqa krossover indi bulltail tipli "DRL"-lərə malik yenilənmiş, həm də çox xoşagələn əla "Matrix LED" fənərlərinin sayəsində bütün dünya ilə üz-üzədir.



Oqtay QORÇU
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla