AZ

İrandan Ermənistana qaz kəmərinin çəkilməsi müzakirə olunmur- ERMƏNİ DEPUTAT

Əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə olunmalıdır. Bunun əksini  iddia etmək, fikrimcə, dövlət maraqlarına ciddi şəkildə zərbə vurmaqdı.

Herbiand.az xəbər verir ki, bu sözləri  jurnalistlərlə açıqlamasında deputat Babken Tunyan bildirib.

“Rusiya və Azərbaycan qazına gəlincə, qazdan istifadə edən ölkəni qaz mənbəyindən ayırmaq çox çətindir. Yəni ola bilər ki, bizim Rusiya ilə müqavilə bağlayıb Rusiyadan qaz alırıq, amma bu kəmərdəki qazın bir hissəsi Azərbaycan qazıdır. Bu texniki məsələdir”.

Həmçinin  Babken Tunyan  qeyd edib ki, hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur və buna ehtiyac yoxdur”.

Qeyd edək ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycandan qaz ala biləcəklərini bildirmişdi və bu parlament üzvləri tərəfindən birmənalı  qarşılanmışdı.

Emin ŞİRVANZADƏ

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla