AZ

"Krokus"da törədilən terror aktı ilə bağlı YENİ SAXLANILAN VAR

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində yeni təqsirləndirilən şəxs üzə çıxıb.

Bu barədə RBK polis idarəsindəki mənbəyə istinadən xəbər verir. 

21 yaşlı şəxs insanların kütləvi ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunub.

Şübhəlinin hansı şəraitdə və harada saxlandığı açıqlanmır.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla