AZ

Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib

 
"Rusiyada üzdəniraq prezident seçkiləri qorxu və repressiyalar şəraitində və Ukraynaya qarşı qanunsuz təcavüzkar müharibə kontekstində keçib..."
 
"Avropa Parlamenti İrana qarşı sanksiyaları genişləndirməyə, İİKK və "Hizbullah" hərəkatını Aİ ərazisində terrorçu təşkilatlar kimi elan edilməsinə çağırış edilir..."
 
Dünən Strasburqda Avropa Parlamenti çoxdankı müttəfiqlər- Rusiya və İrana aid iki qətnamə qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin birində Vladimir Putinin legitimliyini tanımır. Sənəddə qeyd edilir ki, Rusiya Federasiyasında keçirilən seçkilər qeyri-demokratik olub.
 
"Rusiyada üzdəniraq prezident seçkiləri qorxu və repressiyalar şəraitində və Ukraynaya qarşı qanunsuz təcavüzkar müharibə kontekstində keçib.
 
Bu üzdəniraq seçkilər zamanı nə alternativ namizədlər, nə azad KİV-lər, nə müstəqil müşahidəçilər, nə də siyasi azadlıqlar olub. Beləliklə, üzdəniraq seçkilər qeyri-legitim olub", - qətnamədə deyilir.
 
Sənəddə Avropa İttifaqının üzv-ölkələrinə və beynəlxalq birliyə nə işğal edilmiş ərazilərdə, nə də Rusiyanın özündə seçkilərnin nəticələrini tanımamağa, Putinlə əməkdaşlıqdan imtina etməyə, lakin müstəqil KİV-lərə, hüquq müdafiəçilərinə və Rusiyanın demokratik müxalifətinə dəstək verməyə çağırış edilir. Sənədin lehinə 522 deputatdan 493-ü səs verib.
 
Məlumatda həmçinin deyilir ki, Avropa Parlamenti o cümlədən qəbul etdiyi qətnamədə bu yaxınlarda İranın dronlar və raketlərlə İsrailə endirdiyi zərbələri qətiyyətlə pisləyir və regionda vəziyyətin eskalasiyasından ciddi narahatlıq ifadə edilir.
 
"Avropa Parlamentinin deputatları yenidən İsrail dövlətinə və vətəndaşlarına özünün tam dəstəyi barədə bəyan edir, İranın etibarlı şəxsləri olan Livanda "Hizbullah" və Yəməndə üsyançı husilərin İranın hücumu zamanı eyni zamanda həyata keçirdiyi raket buraxılışlarını pisləyir", - Avropa Parlamentinin mətbuat xidmətinin məlumatında deyilir.
 
Lehinə 435 deputatdan 357 deputatın səs verdiyi qətnamədə İranın fəaliyyəti ziyanverici kimi səciyyələdirilir və İran İnqilabı Keşikçiləri Korpusu və Livanın "Hizbullah" hərəkatının Avropa İttifaqının bütün ərazisində terrorçu təşkilatlar kimi elan edilməsinə çağırış edilir.
 
Sənəddə həmçinin Avropa İttifaqının Rusiyaya dronlar və raketlər tədarükünə və Yaxın Şərqdə öz proksilərinə görə İrana qarşı sanksiyaları genişləndirmək qərarı alqışlanır və bu məhdudiyyətləri tətbiq etmək tələb edilir.
 
Bu zaman qətnamədə İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə pislənilir və diplomatik missiyalara hücumların yolverilməz olduğu qeyd edilir.
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla