AZ

Almaniyada əsgər çatışmır

Almaniyada

Bakı, 26 aprel, AZƏRTAC

Hazırda Almaniya ordusunda əsgər çatışmazlığı müşahidə olunur. Bundesverin Ehtiyatda olan hərbçilər Assosiasiyasının prezidenti Patrik Zensburq bu ölkədə fövqəladə hadisə baş verəcəyi təqdirdə neçə əsgərə ehtiyac olacağını araşdırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Zensburqun tərtib etdiyi analitik materiala görə, Almaniyanın müdafiəsi üçün 800 min əsgərə ehtiyac var. Hazırda Bundesverdə cəmi 200 min həqiqi xidmət keçən hərbi qulluqçunun olduğunu qeyd edən Assosiasiya prezidenti qeyd edib ki, ehtiyat əsgərlərin çatışmazlığını kompensasiya etmək üçün 900 min vətəndaş tibbi yoxlamadan keçməlidir.

Bundesverin tərk-silah edilməsindən uzun illər sonra Almaniya yenidən müharibəyə hazır olmaq niyyətindədir. Bu ölkənin müdafiə naziri Boris Pistorius bu yaxınlarda “Yeni epoxanın Bundesveri”nin yaradılması üzrə planlarını elan edib.

Bundesverin məlumatına görə, hazırkı məqamda orduda cəmi 34,6 min ehtiyatda olan əsgər xidmət edir. Bu, kəskin fövqəladə vəziyyətlər də nəzərə alınmazsa, cari ehtiyaclar üçün çox azdır. İndi Almaniya ordusunda 60 min ehtiyatda olan hərbçiyə tələbat var və onlar müntəzəm hərbi təlimlər keçməlidir.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla