AZ

Məktəblilərimiz daha bir olimpiadada uğur qazandılar

20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib.

 

Bu barədə ARTİ-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb.

 

Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 nəfər şagird bürünc medal qazanıb.

 

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

 

Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla