AZ

Pentaqon rəhbəri: 2024-cü ildə Kiyevə F-16-ların tədarükü başlayacaq

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qərb tərəfdaşlarından Ukraynaya F-16 qırıcılarının tədarükünün bu il başlayacağını təsdiqləyib. 

HİT.az xəbər verir ki, bu barədə onlayn rejimdə Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun növbəti iclası başlamazdan əvvəl bildirib.

"Bu il Ukraynaya təhvil verilən birdən çox F-16 eskadrilyası, təmas qrupu üçün təlim keçmiş pilotlar və yardımçı heyətlə birlikdə çatdırılmağa başlayacaq", deyə Ostin bildirib.

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından F-16 qırıcılarını ona ötürməyi xahiş edir. Bununla belə, Qərb pilotların və yerüstü xidmət personalının lazımi ilkin hazırlığı olmadan Kiyevi belə təyyarələrlə təmin etməyin mümkünsüzlüyünü vurğulayır. Niderland, Danimarka, ABŞ və bir sıra digər Qərb ölkələri hazırda ukraynalı pilotların hazırlanmasında fəal iştirak edirlər. Fevralın sonunda Danimarkanın baş naziri Mette Frederiksen F-16-ların ilk partiyasının bu ilin yazında Ukraynaya gələcəyini açıqlamışdı.

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynaya yeni silahların, o cümlədən F-16-ların tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə vəziyyətin uzanmasına gətirib çıxaracaq. O, həmçinin qeyd edib ki, bu qırıcılar Ukrayna Silahlı Qüvvələrində görünsələr, Alman Leopard tankları kimi yanacaqlar.

Samir

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla