AZ

Hesablama Palatası ASOSAI-ın maliyyə hesabatlarının auditini həyata keçirib

Hesablama Palatasının auditoru Hilal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Ali Audit Palatasının nümayəndə heyəti ilə birgə Çinin paytaxtı Pekində Asiya Ali Audit Orqanlarının Təşkilatının (ASOSAI) Baş Katibliyinin maliyyə hesabatlarının auditini həyata keçiriblər.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, ASOSAI katibliyinin maliyyə intizamının və mühasibat uçotunun yüksək səviyyədə olduğu müəyyən edilib. Maliyyə hesabatları MHBS və İSMUBS beynəlxalq standartlara uyğun təqdim olunub.

Audit heyətlərinin üzvləri təşkilatın vəsaitlərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veriblər. Auditin nəticələri bu ilin sentyabrında Hindistanda keçiriləcək ASOSAI-nın 16-cı Assambleyası zamanı təqdim olunacaq.

Səfər çərçivəsində ASOSAI-ın Baş Katibi və Çinin Baş Auditoru cənab Hou Kai kənar auditorlarla görüşüb.

Xatırladaq ki, Hesablama Palatası ASOSAI-ın Audit Komitəsinin üzvü kimi ASOSAI-ın 15-ci Assambleyasında keçirilmiş səsvermə nəticəsində seçilib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla