AZ

Yokiçin qələbə sirri

“Denver”in basketbolçusu Nikola Yokiç komandanın qələbə sirrini açıqlayıb.

İdman.biz xəbər verir ki, serbiyalı basketbolçu bu barədə “Los-Anceles” oyundan sonra danışıb.

Yokiç davamlı qələbələrin komandaya əminlik verdiyini bildirib: “Qələbə - bu bizim həyat stilimizdir. Biz bundan zövq alırıq. Nə vaxt qələbə qazanırsan, bunu davam etdirmək istəyirsən. Komandada özünə əminlik daha da artır. Məğlubiyyət nə olduğunu bilirəm və yenidən onu yaşamaq istəmirəm”.

Qeyd edək ki, son çempion “Denver” pley-off seriyasında 3:0 önə keçib. Komanda səfərdə “Los-Anceles”ə 112:105 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla