AZ

Putinin Çin səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA: "Çinlə razılaşıb..."

Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında istənilən təmas dünya ictimaiyyətinin diqqətini cəlb edir.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

 

“Prezidentin Çinə səfəri hazırlığın son mərhələsindədir. Çinli tərəfdaşlarımızla razılaşaraq, səfərin tarixlərini açıqlayacağıq. Rusiya və Çin Qərbin təzyiqlərindən əziyyət çəkən suveren ölkələrdir. Bu məsələlər uzunmüddətli əməkdaşlığa önəm verilməklə gündəmdədir”, - Peskov bildirib.

 

Qeyd edək ki, Rusiya və Çin liderləri bu il BRİKS və ŞƏT sammitlərində görüşməyi planlaşdırır. Bu məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çindəki danışıqlardan sonra təsdiqləyib. Liderlər arasında dialoqun davam etdirilməsi üçün digər beynəlxalq tədbirlər çərçivəsində görüşlər də nəzərdə tutulur.

 

Günay

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla