AZ

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. 
 
Moderator.az xəbər verir ki, komitənin sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanların üzləşdikləri problemlər və onların həlli istiqamətində görülən tədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdış haqqında ətraflı məlumat verib.
 
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.  Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə saxlayır, hər müraciətinə xüsusi həssaslıqla yanaşır.
 
Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq, orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə canlanacağına inam yaradır.
 
Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar. Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər, onların fikir və duyğularını amerikalı konqresmenlərə çatdırmağı xahiş ediblər.
 
ABŞ-dən gəlmiş nümayəndələr səmimi və maraqlı görüşün təşkilinə görə komitə rəhbərliyinə təşəkkür ediblər.
Seçilən
72
4
Mənbələr
Şərh ()
Bağla