AZ

"Xalq-City" MTK-ya protokol yazıldı

"Xalq-City" Mənzil Tikinti Kooperativinə inzibati protokol yazılıb.

Valyuta.az-ın məlumatına görə,  protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci (Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

İşə 08.05.2024-cü ildə Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımovun sədrliyi ilə baxılacaq.

Sabiq İsbəndərli

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla