AZ

Rüdiger: “Nagelsman Almaniya millisinə yaxşı bir sistem gətirdi”

“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger Yulian Nagelsmanın “bundestim”lə müqaviləsini yeniləməsinə münasibətini bildirib.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Rüdigerin alman mütəxəssis haqda fikirlərini təqdim edir:

“Yulian Nagelsman böyük peşəkardır. Düşünürəm ki, o, çox, çox yaxşı məşqçidir və onun, müqaviləsinin müddətini uzatması Almaniya yığması üçün çox, çox yaxşıdır. Çünki mən onu ölkəmizin ən yaxşılarından biri hesab edirəm. Bizə belə bir məşqçi gərəkdir. Rəhbər əldir. Burada, məsələn, “Real”da çox şey şəxsiyyətdən asılıdır. Almaniyada biz sistemlərə daha çox öyrəşmişik. O isə çox yaxşı bir sistem gətirdi. Buna görə də o, bizim üçün önəmlidir”, deyə Rüdiger vurğulayıb.

Xatırladaq ki, Yulian Nagelsmann Alman Futbol İttifaqı ilə müqaviləsini yeniləyərək, 2026-cı ilin yayına qədər qüvvədə olacaq razılaşma imzalayıb.

Xatırladaq ki, Nagelsman Almaniya yığmasının sükanı arxasına ötən ilin sentyabrında təyin edilib. Bu müddətdə gənc mütəxəssis bundestimi 6 oyuna çıxarıb, 3 qələbə sevinci yaşayıb, 1 heç-heçə və 2 məğlubiyyət görüb.

Nagelsman karyerasının əvvəlində “Bayern”, “Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb.

Alman mütəxəssisin qarşısında 2024-cü ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış tapşırığı qoyulub.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla