AZ

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

Misli Premyer Liqasının 32-ci turunun açılış oyununda “Sabah” “Səbail”i qəbul edəcək.

Futbolinfo.az xəbər verir ki, artıq bir neçə gündür oyuna onlayn bilet satışı başlayıb.

Sabahdan etibarən isə oyunun keçiriləcəyi “Bank Respublika Arena”nın kassalarında da bilet satışı başlayacaq. Meydan sahibləri oyuna daha çox tamaşaçı cəlb etmək üçün Masazır, Xırdalan və Sulutəpənin müxtəlif yerlərində afişalar asıblar. Bununla bağlı klub rəsmi yutub kanalında video paylaşıb.

Oyun zamanı satılmış biletlər əsasında lotereya oyununun keçirilməsi də nəzərdə tutulub.

“Sabah” – “Səbail” matçı sabah saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla